Çexiya millisinin baş məşqçisi Miroslav Koubek DÇ-2026 ilə vidalaşdıqdan sonra turnirdəki çıxışları barədə danışıb.
QOL.az xəbər veir ki, mundialın 3-cü turunda Meksikaya 0:3 hesabı ilə uduzan Çexiya A qrupunda cəmi 1 xal toplaıb və topların nisbətində 2:6 göstəricisi ilə sonuncu olub.
Koubek komandanın nəticələrini belə dəyərləndirib:"Bu dünya çempionatı göstərdi ki, inkişaf etməliyik və yüksək səviyyədə uğurla çıxış edə biləcək, rəqabətqabiliyyətli futbolçularımız olmalıdır. Əminəm ki, müəyyən dəyişikliklərdən sonra növbəti turnirlərdə nəticələrimizi yaxşılaşdıracağıq. Mən milliyə ən yaxşı futbolçuları dəvət edəcəyəm. Qrupumuzda aşkar favorit Meksika idi. Lakin Koreya və Cənubi Afrika ilə oyunlarda daha yaxşı çıxış etməli idik".
Təcrübəli mütəxəssis 2030-cu il dünya çempionatında da komandanın başında olmaq istədiyini bildirib: "Mənim müqaviləm var və təslim olan insanlardan deyiləm. Müqaviləmi sonadək yerinə yetirəcəyəm və ümid edirəm ki, Çexiya ilə növbəti dünya çempionatına da yollanacağam".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi