Fransada media nümayəndələri ilə bağlı yeni qalmaqal yaşanıb.
QOL.az xəbər verir ki, "L'Equipe" telekanalı Belçika yığmasının futbolçusu Jeremi Doku barədə səsləndirdiyi tənqidi fikirlərə görə aparıcı Frans Pieronu efirdən uzaqlaşdırıb. Bu barədə jurnalist Klemen Qarin sosial şəbəkələrdə məlumat yayıb.
"L’Equipe" rəhbərliyi Pieronun açıqlamalarını dəstəkləmədiyini bildirib. Aparıcı efir zamanı şəxsi mövqeyini ifadə edib və həmin fikirlərin telekanalın dəyərlərindən uzaq olduğu qeyd olunub.
Bildirilib ki, telekanal həm Dokuya, həm də dünya çempionatının tamaşaçılarına görə üzrxahlıq edib.
Xatırladaq ki, Doku həyat yoldaşının övlad dünyaya gətirməsi zamanı orada iştirak etmək üçün yığmanın düşərgəsini müvəqqəti tərk edib. Bu, “L’Equipe” nəşrinin jurnalisti Frans Pyerronun sərt reaksiyasına yol açıb. O, Dokunun bu səbəbdən emosional və fiziki baxımdan yorulacağını bildirib: "Sən 10 saat vaxt itirəcəksən, yorulacaqsan, emosional sarsıntı yaşayacaqsan, tamamilə tükənəcəksən və dünya çempionatına hazır olmayacaqsan".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi