Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır

Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
DÜNYA FUTBOLU 20 İyun 2026 / 23:29 1042
-  A +

İngiltərənin “Arsenal” klubu “Yuventus”un vingeri Kenan Yıldızla maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Bildirilib ki, London təmsilçisi 21 yaşlı futbolçu ilə bağlı son vaxtlar yeni sorğular göndərib. Bununla yanaşı, Yıldızın hazırda diqqətini tam şəkildə “Yuventus”dakı çıxışına yönəltdiyi vurğulanıb.

Türkiyəli oyunçu ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Transfermarkt” portalı Kenan Yıldızın dəyərini 75 milyon avro qiymətləndirir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner