İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel DÇ-2026-nın ilk turunda Xorvatiya üzərində qazanılan 4:2 hesablı qələbədən sonra FİFA-ya müraciət edib.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis mundialda tətbiq edilən yeni matçöncəsi mərasim zamanı fotoqrafların yerləşdirilməsindən narazı qaldığını bildirib.
“FİFA-ya yalvarıram ki, himnlər səsləndirilərkən fotoqrafların yerini dəyişsin. Bu anı çox gözləyirdim, mənim üçün xüsusi məqam idi. Amma qarşımda 50 fotoqrafdan ibarət divar vardı. Bir futbolçumu belə görə bilmirdim. Bu da yaşadığım hissləri bir qədər korladı”, - deyə Tuhel bildirib.
Qeyd edək ki, DÇ-2026-da yeni qaydaya əsasən, oyun başlamazdan əvvəl matçın iştirak ərizəsinə daxil edilmiş hər iki komandanın bütün futbolçuları meydanın mərkəzinə çıxır və himnlərin səsləndirilməsində iştirak edirlər. Bu mərasim böyük futbol turnirlərində ilk dəfə tətbiq olunur.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?