Türkiyə millisinin müdafiəçisi Samet Akaydın DÇ-2026-nın D qrupunda Paraqvaya qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
QOL.az "Ajansspor"a istinadən xəbər verir ki, təcrübəli futbolçu Avstraliyaya 0:2 hesablı məğlubiyyətin komandaya əlavə motivasiya verdiyini bildirib:
“Bu məğlubiyyət bizi daha da gücləndirdi. Ölkəmizə qarşı məsuliyyət hiss edirik. Türkiyə hər şeyin ən yaxşısına layiqdir. İstədiyimizi verə bilməyəndə üzülürük. Bu bizi stressə salmır, əksinə, daha da motivasiya edir. Paraqvayla oyunda bunu hamıya göstərəcəyimizə inanıram”.
O, azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını qeyd edib: “24 ildən sonra dünya çempionatına gəlmişik. Qarşıda çox vacib Paraqvay oyunu var. Hazırda həqiqətən dəstəyə ehtiyacımız var. Bu komanda indiyədək böyük işlər görüb və yenə edə bilər”.
Müdafiəçi futbolçuların şəxsi görünüşləri ilə bağlı tənqidlərə də münasibət bildirib: “Oyunu, taktikanı analiz etmək olar. Amma bir insanın saçına, bığına ilişmək artıq tənqid deyil. Bu, başqa istiqamətə gedir. Pis oynayırıqsa, bizi tənqid etsinlər. Amma bu cür yanaşmaları başa düşmürəm”.
Akaydın komanda kapitanı Hakan Çalhanoğlunun da sosial şəbəkələrdə yazılanlardan təsirləndiyini deyib: “Kapitanımız haqqında müxtəlif eyhamlar vururlar. Hakan çox emosional insandır və ölkəsini çox sevir. Sosial şəbəkələrdə yazılanlar futbolçulara təsir edir. Hətta uşaqlar qorxudan bəzi hərəkətləri etmək istəmirlər. Artıq məşqlərdə kameralar qarşısında belə ehtiyatlı davranırıq”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın ilk turunda Avstraliyaya 0:2 hesabı ilə uduzub. Komanda növbəti oyununu Paraqvaya qarşı keçirəcək. Oyun iyunun 20-si Bakı vaxtı ilə saat 07:00-da başlanacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?