Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro 2026-cı il dünya çempionatında Kolumbiyaya qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında iştirak edib.
QOL.az Özbəskitan mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis mundialın futbolçu və məşqçi kimi fərqli təcrübə olduğunu bildirib: "Futbolçu kimi dünya çempionatında iştirak etmişəm, amma məşqçi kimi bu tamamilə fərqlidir. Futbolçu və məşqçinin hazırlığı eyni deyil. Çünki məşqçi bütün oyunçularla daim təmasda olmalıdır".
2006-cı ildə İtaliya millisinin kapitanı kimi dünya çempionu olan Kannavaro Özbəkistanın qarşıda maraqlı və çətin oyunlar gözlədiyini vurğulayıb: "Bizi çox maraqlı və gərgin matçlar gözləyir. Rəqiblərimiz yüksək səviyyəli komandalardır. Bu turnirdə ilk dəfə iştirak edirik. Ona görə də hər oyundan zövq almalı və təcrübə toplamalıyıq".
Qeyd edək ki, Özbəkistan millisi dünya çempionatının K qrupunda Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq.
Kannavaro ölkədə futbolun inkişafından da danışıb: "Özbəkistan Futbol Assosiasiyası akademiyalara və infrastruktura böyük diqqət ayırır. Futbol inkişaf edir. Bu, Özbəkistanın ilk dünya çempionatıdır və mən bu turnirdə baş məşqçi kimi iştirak etdiyimə görə xoşbəxtəm".
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Komanda mundialdakı debüt matçını Kolumbiyaya qarşı keçirəcək. Matç iyunun 18-i Bakı vaxtı ilə saat 06:00-da başlanacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?