"Sabah" bu legioneri ilə yolları ayırdı

"Sabah" bu legioneri ilə yolları ayırdı
ÖLKƏ FUTBOLU 28 May 2026 / 15:08 1441
-  A +

“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandada keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.


Son xəbərlər
topaz banner