"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı

"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 27 May 2026 / 12:31 1175
-  A +

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik müqavilə imzalayıb. Cinah yarımmüdafiəçisi bu ilin yanvarında Gəncə təmsilçisinə qoşulub. Hacıyev geridə qalan mövsümdə 16 oyuna 2 qol vurub.

Qeyd edək ki, "Kəpəz" bunadək Dioqo Verdaska ilə müqaviləni yeniləyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner