"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi

"Neftçi"nin futbolçusu Kipr klubuna keçdi
ÖLKƏ FUTBOLU 26 May 2026 / 11:48 4401
-  A +

“Neftçi”nin yetirməsi, kiçik yaşlarından "ağ-qaralar"ın  formasını geyinən Murad Məmmədov klubdan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı hücumçu Kiprin “Pafos” klubuna keçir. “Neftçi”ona xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.

Qeyd edək ki, 2024/25 mövsümündən "Neftçi"nin əsas komandasında oynayan Murad Məmmədov bu müddət ərzində 41 matça çıxıb, 4 qol vurub. O, Azərbaycanın U-21 milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner