Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı

Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdı
ÖLKƏ FUTBOLU 26 May 2026 / 11:16 2813
-  A +

Azərbaycan 1-ci liqasında mübarizə aparan "Şahdağ Qusar" baş məşqçisi Elnur Abdullayevlə, köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislərlə başa çatan müqavilənin müddəti uzadılmayıb. 

Qeyd edək ki, "Şahdağ Qusar" 1-ci liqanın 2025/26 mövsümünü 43 xalla 5-ci pillədə tamamlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner