"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı

"Sumqayıt" Saşa İliçin ayrılığını açıqladı
ÖLKƏ FUTBOLU 26 May 2026 / 10:25 1685
-  A +

"Sumqayıt" baş məşqçisi Saşa İliçlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin "gənclik şəhəri" təmsilçisi ilə müqavilə müddəti başa çatıb.

“Sumqayıt” serbiyalı məşqçiyə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Saşa İliç ötən ilin yayından bu komandanı çalışdırırdı. "Sumqayıt" 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner