Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları

Zakaria Savo “Qarabağ”a neçəyə başa gəldi? - Transferin detalları
ÖLKƏ FUTBOLU 24 May 2026 / 18:21 1959
-  A +

"Qarabağ" klubu 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. 

QOL.az saytı bu transferin detallarını öyrənə bilib.

Əldə etdityimiz xəbərə görə, futbolçu ilə 3 illik müqavilə imzalanıb və buna görə onun klubu olan “Yurqorden”ə (İsveç) təzminat ödənilib.

Bu keçid Ağdam klubuna ümumilikdə 1,5 milyon manata (800 min avroya) başa gəlib. Razılığa əsasən, qarşı tərəfə bugünkü məzənnə ilə 1 milyon manat məbləğində sabit ödəniş həyata keçiriləcək, qalan məbləğ isə əlavə bonuslar şəklində ödəniləcək.

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.


Son xəbərlər
topaz banner