Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!
ÖLKƏ FUTBOLU 23 May 2026 / 13:11 9022
-  A +

Londonda “Arsenal”ın UEFA Çempionlar Liqasında mümkün çempionluğunun paradına 1 milyondan çox azarkeşin qatılacağı gözlənilir.

QOL.az xəbər verir ki, bu rəqəmi yerli polis açıqlayıb. Proqnoz doğrulansa, parad şəhər tarixinin ən böyük futbol tədbirlərindən biri olacaq.

Bildirilir ki, “topçular” mayın 31-də – UEFA Çempionlar Liqasının finalından bir gün sonra çempionluğu qeyd etməyi planlaşdırır.

London təmsilçisi finalda PSJ-ni məğlub edərsə, mövsümü dublla başa vurmuş olacaq. Hazırda azarkeşlər komandanın həm Avropada, həm də ölkə daxilində tarixi uğura imza atacağına ümid edir.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner