"Qəbələ" Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Son oyun idi. Düzdür, matçın nəticəsinə görə turnir cədvəlində hansısa dəyişiklik olmayacaqdı. Azarkeşləri sevindirmək istəyirdik. Bizi sona qədər dəstəklədiklərinə görə onlara təşəkkür edirəm. Gözəl qollar vurduq, qələbə qazandıq. Son oyunlar pley-off matçı öncəsi bizə özünəinam baxımından kömək olmalıdır. Heç bir halda arxayınlaşmaq olmaz. "Şamaxı"nın bir neçə aparıcı oyunçusu bu gün meydanda yox idi. Buna baxmayaraq bizim futbolçuların oyuna köklənməsi yaxşı idi. Bu, bizi sevindirir. Qarşıdakı pley-off matçına ciddi hazırlaşmalıyıq. Rəqibimiz sabah məlum olacaq. Bir həftə ərzində həmin görüşə hazırlaşacağıq".
- Bu matçda pley-offu düşünüb hansısa taktiki gedişlər və ya rotasiyalar etdiniz?
- Rəqibin kim olduğunu bilmədiyimiz üçün hansısa taktiki dəyişiklik etməmişdik. Sabah rəqibi biləcəyik. Oyuna hazırlaşmaq üçün vaxtımız olacaq. Potensial rəqiblərin hamısının oyunlarını izləyirik.
- Rəqibin hansı komanda olmasını istəyirsiniz?
- Oyuna hazırlaşacağıq. "Səbail" üç mərkəz müdafiəçisi ilə oynayır. "Mingəçevir"in taktiki sxemi bəzi matçlarda dəyişir.
- Sabah Mingəçevirdəki oyunda olacaqsınız?
- Yəqin ki, olacağam.
- "Qəbələ" ötən mövsüm 1-ci liqada rahat çempion oldu. Premyer Liqa ilə 1-ci liqa arasında səviyyə fərqi böyükdür. Pley-off oyununda futbolçularda arxayınlıq olar bilər?
- Heç bir halda ola bilməz. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Futbolçularıma bunu demişəm. Onlar da çox yaxşı başa düşürlər. Bizim öz məqsədimiz var. Arxayınlaşa bilmərik. Tam fərqli matç olacaq. Final oyunudur. Belə qarşılaşmada hər addım çox vacibdir. Bunu başa düşürük. Son oyunlar turnir cədvəli baxımından bizə heç nə vermirdi. Amma biz bu görüşlərə pley-offa hazırlıq kimi baxırdıq. Futbolçuların gözünə baxanda görürəm ki, onlar qarşıdakı oyuna nə dərəcədə ciddi yanaşırlar.
- Pley-off matçının hansı stadionda keçirilməsini istəyərdiniz?
- Bu, çox vacib oyundur. Ümid edirəm ki, qarşılaşma Premyer Liqa səviyyəsində stadionda, təbii ot örtüklü meydançada olacaq. Bakıda, Sumqayıtda, Tovuzda yaxşı stadionlar var. Səhv etmirəmsə, Tovuz şəhər stadionu təmirə bağlanıb. İnanıram ki, oyun yaxşı stadionda keçiriləcək.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər