“Kəpəz”in futbolçusu 200-ə çatdı

“Kəpəz”in futbolçusu 200-ə çatdı
ÖLKƏ FUTBOLU 18 May 2026 / 11:49 200
-  A +

Misli Premyer Liqasının 32-ci turu Ehtiram Şahverdiyev üçün əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Kəpəz”in futbolçusu turnirdə 200-cü oyununu keçirib. Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.

O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.

Ehtiram “Kəpəz”də daha çox – 96 matça (3 qol) çıxıb. O, “Sumqayıt”da 43 (1 qol), “Qəbələ”də 35 (1 qol), “Turan Tovuz”da 26 (1 qol) dəfə meydana çıxıb.


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

topaz banner