1-ci Liqada yarışan “Şahdağ Qusar” klubunun prezidenti, eyni zamanda futbolçusu olan Rahid Əmirquliyev QOL.az saytına müsahibəsində Qusardakı stadion problemindən danışıb. O, eyni zamanda bölgə klublarının Premyer Liqada çıxış etməsinin əhəmiyyəti, özünün gələn mövsüm futbolçu kimi oynayıb-oynamayacağı barədə fikirlərini bildirib.
- 1-ci liqanın 26-cı turunda səfərdə “Səbail”lə heç-heçə oynadınız. Qolsuz yekunlaşan görüş barədə nə deyə bilərsiniz?
- Çempionluğa oynayan bir komandaya qarşı mübarizə aparırdıq. İstəyirdik qələbə qazanaq. Bu matçda qalib gəlsəydik, son tur öncəsi üçüncü yeri tutmaq şansımız qalacaqdı. Əlimizdən gələni etdik ki, qələbə qazanaq, azarkeşlərimizi sevindirək. Təəssüflər olsun ki, alınmadı.
- Qusardakı stadion hazır olmadığı üçün komanda ev oyunlarını doğma meydanda keçirmir. Növbəti mövsümə qədər bu problem həllini tapacaq?
- Qusarda oynasaydıq, daha yaxşı olardı. Əziyyət çəkib Bakıya bu qədər azarkeş gəlirsə, Qusarda bunun 2-3 qatı olar. Futbol azarkeş üçündür. Biz də istərdik ki, Qusarda, doğma azarkeşlərimiz önündə oynayaq. Lakin təəssüf ki, stadion problemi var. Bu ilə çətin çatdırsınlar, amma söz veriblər ki, gələn ilə stadion hazır olacaq. Biz də gözləyirik.
- Növbəti mövsüm “Şahdağ” 1-ci liqada çempionluq uğrunda mübarizə apara biləcək?
- Çempionat bitəndən sonra hədəfləri müzakirə edəcəyik. İstərdik, bu komanda Premyer Liqada olsun. Ümumiyyətlə, tək “Şahdağ” yox, Lənkəran, yaxud digər regionlar olsun. Nə qədər region klubu çox olsa, bu, Premyer Liqa üçün üstünlükdür.
- Sizi necə, növbəti mövsümdə də yaşıl meydanlarda görə biləcəyik?
- Hələ qərar verməmişəm. Çempionat bitdikdən sonra düşünüb qərar qəbul edəcəyəm.
Sevil Heydərova
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi