"Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər".
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında "Zirə" ilə baş tutan matçdan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis matçı belə şərh edib:
"Oyunçularımı təbrik edirəm. Onlara bugünkü oyuna görə yox, mövsüm ərzində keçirdikləri oyunlara görə təbrik edirəm. Onlar qəhrəmandırlar. Bu mövsüm biz mükəmmələ yaxın mövsüm keçirdik. İki titulu da əldə etdik, 33 oyunda məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər.
Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Ramin Həsənova xüsusi təşəkkür edirəm, həmişə yanımızda oldu, bizə dəstək oldu. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur. "Zirə"ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf də biz olduq. Sizlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiniz. Əziyyət çəkirsiniz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsınız".
- Özünüz seçsəydiniz, hansı qolu daha çox qiymətləndirərdiniz? Hansı qolunuz daha gözəl idi?
- Çox yaxşı sualdır. Təşəkkür edirəm. Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, həmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsın. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədi, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Fəxr edirəm ki, bu cür oyunçularım var.
- Karyeranızda 5 müxtəlif ölkədə titul qazanmısınız. Yerlərə bölsəniz, "Sabah"ı neçənci pilləyə yerləşdirərdiniz?
- Müqayisə etmək istəməzdim. Çünki hər bir klub mənim üçün əziz olub. Çempion olmaq, titullar qazanmaq hər kəs istəyir. Ola bilər ki, bu sənin son titulun olsun, bunu Allah bilir. "Hayduk"la qazandığım kubok çox həyəcanverici idi. Azərbaycanda da çempion oldum, özəl duyğulardır. Mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə onları daha çox sevindirəcəyik.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı