Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.
QOL.az-ın xəbərinə görə, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək.
Bu qarşılaşma təkcə bir klubun kuboku qazanması ilə əhəmiyyət kəsb etməyəcək, həm də Azərbaycanın düz 3 komandasının yeni mövsüm UEFA-nın hansı klub yarışda iştirakını müəyyənləşdirəcək.
Qeyd edək ki, hazırda yalnız çempion adını təmin edən “Sabah”ın 2026/27 mövsümü UEFA Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib.
Beləliklə, “Sabah” qələbə qazanarsa…
1. Komanda çempion olmaqla yanaşı, kuboku da qazanaraq bir mövsümdə iki titula sahib olacaq və dubl edəcək.
2. İkinci yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Qarabağ”) Avropa Liqasında oynamaq hüququ qazanacaq. Mövcud qaydalara əsasən, Azərbaycan Premyer Liqasının qalibi həm də kuboku qazanırsa, bu halda Avropa Liqasına 2-ci yeri tutan gedir.
3. Üçüncü yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Turan Tovuz”) UEFA Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq. Azərbaycanın ötən illərdəki reytinq xalı az olduğundan 2026/27 mövsümündə Konftans Liqasında iki təmsilçimizdən biri mübarizəyə 2-ci, digəri isə 1-ci mərhələdən qoşulacaq.
4. Konfrans Liqasına 4-cü yeri tutan komanda gedəcək. Hazırda “Neftçi” 4-cü pilləni tutur və çempionatın bitməsinə 2 tur qalmış 5-ci yerdəki “Zirə”ni 3 xal qabaqlayır. “Sabah” finalda qalib gəlsə və “Neftçi” çempionatı 4-cü yerdə tamamlasa, yeni mövsümdə UEFA Konfrans Liqasına qatılacaq (1-ci mərhələdən).
Beləliklə, “Sabah”ın qələbəsi düz 4 komandaya sərf edir. “Sabah”ın özünə, “Qarabağ”a, “Turan Tovuz”a “Neftçi”yə.
Finalda “Zirə” qalib gəlsə…
Bu halda hər şey alt-üst olacaq.
1. Avropa Liqasına kubokun qalibi qismində “Zirə” qatılacaq.
2. Ikinci yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Qarabağ”) yeni mövsümdə Konfrans Liqasında oynayacaq, mübarizəyə 2-ci mərhələdən qoşulacaq.
3) Üçüncü yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Turan Tovuz”) Konfrans Liqasına 1-ci mərhələdən başlayacaq.
4) “Neftçi” çempionatı 4-cü yerdə başa vursa belə avrokuboklardan kənarda qalacaq.
Beləliklə, finalda “Zirə”nin qələbəsi isə onun özündən başqa digər 4 komandaya sərf etmir.
Qeyd edək ki, final matçı saat 20:00-da başlanacaq.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı