Misli Premyer Liqasının 2025/26 mövsümünün üçüncü mükafatçısı və ölkəmizin avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib. “Sabah”la “Qarabağ”ın ardından “Turan Tovuz” buna nail olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda XXXI turun “Karvan-Yevlax”la ev oyunundakı qələbə ilə (1:0) xallarının sayını 59-a çatdırıb. Bununla da Tovuz klubu ilk “üçlük”də yerini təmin edib.
Bu qələbədən sonra “Neftçi” və “Zirə” üçün əlçatmaz olan Qərb təmsilçisinin gümüş, yoxsa bürünc medallara sahib çıxacağı son 2 turda dəqiqləşəcək. İlk medalını təmin edən “Turan Tovuz” çempionatın tarixinə mükafat sahibi olan 21-ci komanda kimi düşüb.
Əvvəlki 33 mövsümdə (2001/02 mövsümü başa çatmayıb) 20 komanda mükafata yiyələnib. “Neftçi” hamıdan çox – 21 dəfə medalçılar sırasında yer alıb. “Qarabağ” cari mövsümdə özünün 20-ci mükafatını əldə etsə də, medalın əyarı hələ dəqiqləşməyib.
“Şamaxı”nın 9, “Kəpəz”lə “Bakı”nın hərəyə 6, “Qəbələ”nin 5, “Şəmkir”, “Xəzər Lənkəran” və “Zirə”nin hərəyə 4 mükafatı var. “Turan Tovuz”la eyni şəhərin – Tovuzun çempionatdakı ilk təmsilçisi “Turan”ın da eyni sayda – 4 medalı var: 1 qızıl, 1 gümüş və 2 bürünc.
İlk çempionluğunu bu il qazanan “Sabah” 3-ə çatıbsa, “Xəzər” (Sumqayıt), “Xəzri”, “Karvan”ın hərəyə 2 medalı var. Digər komandalar “Turan Tovuz” kimi bir dəfə “üçlüy”ə düşüb: AZAL, “Simurq”, “Viləş”, “Səbail”, “Sumqayıt”, “Araz-Naxçıvan”.
İlk “üçlük”də yerini təmin edən “Turan Tovuz” avrokuboklara da yüksəlib. Qitə səhnəsində debüt edəcək komandanın UEFA Avropa Liqası, yoxsa UEFA Konfrans Liqasında mübarizə aparacağı kubokun finalı və ya qarşıdakı turlardan asılı olacaq.
“Turan Tovuz” Azərbaycan futbolu tarixinə avrokuboklara (İntertoto kuboku da nəzərə alınmaqla) vəsiqə qazanan 23-cü komanda kimi düşüb.
İndiyədək 22 komanda ölkəmizi Avropada təmsil edib: “Qarabağ”, “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Sabah”, “Zirə”, “Bakı”, “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, , “Araz-Naxçıvan”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.
Tovuz avrokuboklarda 2-ci komanda ilə təmsil olunacaq. 1994-cü ildə Azərbaycanın avrokuboklardakı ilk təmsilçisi bu şəhərin komandası “Turan” olub.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı