Qalmaqal: Roberto Karlosa banan atdılar

XƏBƏR 23 İyun 2011 / 06:46 2156
-  A +

Rusiya Premyer Liqasının 15-ci turunda "Krılya Sovetov"la Samarada keçirdiyi səfər matçının 90-cı dəqiqəsində "Anji"nin futbolçusu Roberto Karlosa tribunadan banan atıblar. Qol.Az-ın məlumatına görə, buna etiraz əlaməti kimi 38 yaşlı müdafiəçi meydançanı tərk edib.

İnsident Mahaçqala komandasının 3:0 hesabı ilə öndə olduğu vaxt baş verib. Həmin vaxt əvəzetmə limiti tükəndiyindən, "Anji" matçı 10 futbolçu ilə başa vurub. Matçın sonunadək hesab dəyişməyib. 

Oyundan sonra Roberto Karlos meydançanı tərk etmə qərarının düşünülmüş olduğunu söyləyib. O bildirib ki, bu addımı hesabdan asılı olmayaraq atardı. Braziliyalı futbolçunun sözlərinə görə, "Anji" rəhbərliyi ona günahkarların ən ciddi cəzaya məruz qalacağı barədə vəd verib. Karlos onu da qeyd edib ki, "Krılya Sovetov" rəsmilərindən biri oyundan sonra "Anji"nin paltardəyişmə otağına girərək, azarkeşlərin davranışına görə ondan üzr istəyib. Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko isə "Krılya Sovetov"a hesabından xal silinməsinədək sanksiyanın tətbiqinin mümkünlüyünü açıqlayıb.   

Qeyd edək ki, Roberto Karlos rusiyalı azarkeşlərin analoji münasibəti ilə martın 21-də Sankt-Peterburqda da üzləşib. Həmin vaxt "Zenit" - "Anji" görüşündə meydan sahiblərinin azarkeşlərindən biri "sambaçı"ya banan göstərib. Həmin insidentlə əlaqədar "Zenit" 300 min rubl (təqribən 10 min manat) cərimələnib.

Daha çox


Son xəbərlər