"Çox gözəl matç alındı. Əsas Ulu Öndərin xatirəsidir. Dövlət qurumları arasında keçirilən 4-cü minifutbol turnirinin finalı ərəfəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə oyunun keçirilməsi çox xoş oldu. Gərgin və maraqlı qarşılaşma alındı. Hesab 6:6 oldu. Futbolsevərlər üçün maraqlı bir matç keçdi”.
QOL.az saytına açıqlamasında bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu gün Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş hökumət və Milli Məclis üzvləri arasında keçirilən yoldaşlıq oyunu barədə danışarkən deyib.
Eyni zamanda “Zirə” futbol klubunun İdarə Heyətinin sədri olan O.Məmmədov ölkə kubokunun finalı barədə da danışıb: “Final üçün futbolçularımızın motivasiyası ən yüksək səviyyədədir. Artıq tariximizdə üçüncü dəfə kubokda final oynayacağıq. Təcrübəmiz var. “Sabah”ın gücü bəllidir. Bu il ölkə çempionu oldular. Əminəm ki, final matçı da gərgin mübarizə şəraitində keçəcək. Çempionatda son oyunumuz heç-heçə bitdi. Komandamız bu dəfə də “Sabah”a qarşı döyüşəcək”.
Orxan Məmmədov son zamanlar tez-tez yaşanan hakim səhvlərinin finaldan yan keçəcəyinə ümid etdiyini vurğulayıb: “Hakimlik haqqında danışmaq artıq gecdir. Ölkə çempionu bəllidir. Biz ümid edirik ki, finala hakimin hansısa səhvi təsir etməyəcək. Ümumən hakimlikdən danışsaq, son dönəmlərdə müəyyən şeylər baş verir. İstəməzdim finalda da nəsə olsun. Biz bilməliyk ki, hakimlər də insandır, onlar da səhv edə bilər. Amma bu səhvlər mütəmadi hal alanda azarkeşlərdə müəyyən narazılıqlar yaranır. Əminəm ki, finalda hər hansı narazılıq olmayacaq”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı