Peşəkar Futbol Liqası ilk Azərbaycan Kubokunun qalibi “İnşaatçı” (Bakı) komandasının baş məşqçisi olmuş Məmmədəli Məmmədovla müsahibə hazırlayıb.
QOL.az qurumun saytına istinadən xəbər verir ki, o, final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:
“1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik”
M. Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb: “Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq.
1/4 finalda rəqibimiz “Neftçi” komandası idi. Futbolçularıma demişdim ki, “Neftçi” komandasını keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabla qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz “Neftçi” ilə bərabər gücə sahib olan “Xəzər” (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda “Kür” (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq.
1992-ci il həm də ölkədə müharibə vəziyyəti idi. Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı.
Hər il kubokun finalı keçiriləndə şərhçilər “İnşaatçı” komandasının adını çəkəndə kövrək hiss edirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır”.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi