“Bu, çox yüksək səviyyəli matç idi. Oyuna inamlı başladıq, qoldan sonra isə daha çox imkanlarımız yarandı. Yenidən necə komanda olduğumuzu göstərdik və lazım olduğu kimi çıxış etdik. Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır. Biz çox xoşbəxtik".
QOL.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalının "Bavariya" ilə cavab matçından sonra keçirilən mətbuat konfeansında deyib.
İspaniyalı mütəxəssis finala qədər asan yol keçmədiklərini bildirib: "Püşk bizi ən çətin rəqiblərlə üz-üzə qoydu. Necə ki, tez-tez olur. Buna baxmayaraq, yenə bir final oynayacağıq. Bu, klub üçün tarixi məqam və Çempionlar Liqasını qazanmaq uğrunda mübarizəni davam etdirmək baxımından şansdır. Keçən il tarix yazdıq və indi həmin impulsu qorumaq, kluba müsbət emosiyalar gətirmək istəyirik".
L.Enrike finalda qarşılaşcaqları "Arsenal" və onun baş məşqçisi Mikel Arteta haqda da fikirlərini bildirib: "Arteta ilə çox yaxşı münasibətim var. Çünki o, çox gənc vaxtlarında “Barselona”da mənimlə komanda yoldaşım olub. Əla komanda qurub, bir neçə ildir orada çalışır və necəı məşqçi olduğunu görmək mümkündür. Çətin olacağını başa düşürəm. Amma biz öz oyun üslubumuza və məqsədlərimizə inanırıq. Əminəm ki, sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, PSJ ilə "Arsenal" arasında final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi