"Qarabağ" - "Banqa" matçının hakimləri müəyyənləşdi

"Qarabağ" - "Banqa" matçının hakimləri müəyyənləşdi
XƏBƏR 22 İyun 2011 / 16:47 2078
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" klubu iyulun 7-də evdə ilk oyununa çıxacaq.

Qol.Az-ın məlumatına görə, Litvanın "Banqa" klubu ilə cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Artıq "Qarabağ" - "Banqa" matçını idarə edəcək hakimlər də müəyyənləşib. Həmin görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Yuri Mojarovski olacaq.

Qeyd edək ki, bu komandalar arasında iyunun 30-da Litvada keçiriləcək oyunun hakimləri isə hələlik məlum deyil.


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner