Musa Qurbanlı üçün mövsüm başa çatdı

Musa Qurbanlı üçün mövsüm başa çatdı
ÖLKƏ FUTBOLU 5 May 2026 / 15:46 2607
-  A +

"Qarabağ"ın zədəli futbolçusu Musa Qurbanlının durumu bəlli olub.

Bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, dizindən zədələnən 24 yaşlı hücumçu üçün artıq mövsüm başa çatıb. "Musanın dizində zədəsi var. Həkimlər müalicəsinə başlayıb. 2-3 həftə müalicəsi davam edəcək. Sonra məşqlərə başlaya biləcək".

Xatırladaq ki, Musa Qurbanlı Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"la ötən gün keçirilən oyunda zədələnərək əvəzlənmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner