Cəlal "Çerno More"yə qarşı oynadı

Cəlal "Çerno More"yə qarşı oynadı
DÜNYA FUTBOLU 3 May 2026 / 17:41 811
-  A +

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, "Arda" komandası doğma meydanda "Çerno More" klubunu qəbul edib. Tərəflər hərəyə 1 xalla kifayətlənərək meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

3 may

"Arda" - "Çerno More" - 0:0

Yığmamızın futbolçusu matça start heyətində başlayıb və sona qədər meydanda qalıb.

Bu nəticədən sonra "Arda" 45 xalla 3-cü pillədə qərarlaşıb. Çerno More" isə 48 xalla liderliyini qoruyur.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner