İspaniyanın "Barselona" klubunun prezidenti Sandro Rossel sərt tələblə çıxış edib. Qol.Az-ın məlumatına görə, Rossel İtaliya “Milan”ından Zlatan İbrahimoviçin 2010-2011-ci il mövsümündə icarəyə götürülməsi qarşılığında vəsaiti kataloniyalıların hesabına köçürməsini istəyib.
Əks halda o, “rossonyerlər”in Çempionlar Liqasından kənarlaşdırıla biləcəyini söyləyib: “İbrahimoviçin transferi üçün vəsaiti “Milan” dərhal ödəməyə başlamalıdır. Buna heç bir şübhə yoxdur. Əks halda, onlar Çempionlar Liqasından xaric edilə bilərlər”.
Qeyd edək ki, Zlatan İbrahimoviç “Barselona”ya məxsusdur. Lakin o, ötən mövsüm “Milan”da icarə əsasında çıxış edib. İtaliya klubu futbolçunun transfer hüququnu 24 milyon avroya almaq hüququna malikdir.
“Rossonyerlər”in rəhbərliyi İbrahimoviçdən gələcəkdə də yararlanmaq niyyətində olduğunu açıqlayıb. Lakin oyunçunun keçidi üçün vəsait hələ də “Barsa”nın hesabına keçirilməyib.
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi