Bəhmən Həsənov “Muğan” klubunun baş məqçisi vəzifəsindən ayrılaraq Premyer Liqanın debütantı “Rəvan”a keçib. O, “Rəvan”ın yeni baş məşqçisi qismində Qol.Az saytına müsahibə verib
- Əvvəlcə yeni işiniz münasibətilə sizi təbrik edirəm.
- Çox sağ olun, Allah razı olsun.
- “Rəvan”a keçidiniz necə baş tutdu? Çoxları sizin “Muğan”da qalacağınızı düşünürdü.
- “Muğan” da Azərbaycanın komandasıdır, “Rəvan” da. Hər ikisi də Premyer Liqada çıxış edir. Ayrılmağımın elə bir səbəbi yoxdur. Sadəcə, “Muğan” əyalət klubudur, “Rəvan” isə Bakını təmsil edir. Mənə daha yaxın və rahat olduğu üçün “Rəvan”a keçdim. Rəhbərlikdən təklif gəldi, mən də qəbul etdim.
- “Muğan”a gəlişinizdən sonra komanda sözün əsl mənasında dirçəldi. Artıq bu kollektivə öyrəşmişdiniz. Öz istədiyiniz oyunçuları Salyan klubuna gətirmişdiniz. Hətta gələn mövsümdə iddialılar arasında yer almağı hədəfləyirdiniz. “Rəvan”da isə tamam fərqli heyətdir. Maraqlıdır, bu komandanı “Muğan”ın səviyyəsinə çatdırmaq çətin olmayacaq?
- Sizi inandırım ki, “Muğan” mənim üçün əziz komanda idi. Çünki məni burda tanıyıblar. Əvvəllər uşaq məşqçisi işləyirdim. Mənə etimad göstərib, çağırıblar. Çalışacağam ki, “Rəvan”da daha da irəli gedim. Çünki məndə geriyə addımlamaq söhbəti yoxdur. Deməzdim ki, “Rəvan” “Muğan”dan geri qalır. O ki qaldı oyunçulara, onsuz da öz oyun üslubuma uyğun gələn istədiyim futbolçuları komandaya dəvət edəcəyəm. 2-3 günə kimləri dəvət elədiyimi biləcəksiniz.
- Belə başa düşdüm ki, “Muğan”dan da oyunçu gətirəsəksiniz. Daha çox kimləri heyətinizdə görmək istərdiniz?
- Əsas heyətdə oynayan bütün futbolçuları “Rəvan”da görmək istərdim.
- Bəs “Muğan”ın yeni baş məşqçisi kim olacaq?
- O, mənim səlahiyyətlərimə daxil deyil. Rəhbərliyin işidir.
- Yeni komandanızla növbəti mövsümdə əsas hədəfiniz nə olacaq?
- Minimum ilk “altılığ”a düşmək. Sonrakı hədəfimiz isə avrokuboklara vəsiqə qazanmaq olacaq. Bu, ilk növbədə mənim öz qarşıma qoyduğum məqsəddir. Mən də məqsədimə doğru irəliləyən insanam. Çalışacam ki, verdiyim sözlər boş olmasın.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var