"Xəzər Lənkəran" Avstriyada ilk məşqinə çıxdı

"Xəzər Lənkəran" Avstriyada ilk məşqinə çıxdı
XƏBƏR 21 İyun 2011 / 15:46 2325
-  A +

Avstriyanın İnsbruk şəhəri yaxınlığında Folpmes şəhərciyində yerləşən “Xəzər Lənkəran” bu gün Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına start verib.

Qol.Az-ın məlumatına görə, komandanın ilk məşqi bu gün yerli vaxtla saat 11:00-da baş tutub. Onu da qeyd edək ki, komanda məşqlərini sutka boyu tam sərəncamında olan stadionda keçirir.
 
Hələlik məşqlərdə hazırkı heyətdən Kamran Ağayev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Katalin Doman və Andrey Mureşan iştirak edirlər.

Bundan əlavə hazırlıqlarda bir sıra yeni futbolçular da iştirak edir. Bu oyunçuların komandaya transferi haqda danışıqlar artıq sona yaxınlaşır. Komandanın digər futbolçuları isə düşərgəyə qarşıdakı bir neçə gün ərzində qoşulacaqlar.

Son xəbərlər
19.07.25  18:25

"Real"da qalır