“Yarımfinal olmasından başqa, artıq bu komandalar arasında bir prinsipiallıq da yaranıb. Yəni heç bir komanda uduzmaq istəmir”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinalının “Sabah”la “Qarabağ” arasında bu gün keçiriləcək cavab matçı haqda danışarkən deyib.
O bildirib ki, “Sabah” çempionatda “Qarabağ”ı üstələdiyinə görə bu gün komandalar arasında dramatik bir oyun olacaq: “Çempionluq uğrunda mübarizədə “Sabah” qalib gəlib. “Qarabağ” kuboku qazanmaq, “Sabah”dan revanş almaq üçün çox çalışacaq. İlk oyun (2:2) da göstərir ki, komandalardan heç birinin üstünlüyü yoxdur. Məncə, bizi çox gərgin və dramatik oyun gözləyir”.
Ş.Diniyev matçın asan və çətin tərəflərini də qeyd edib: “Məşqçilər üçün də bu oyun bir tərəfdən asan, bir tərəfdən isə çətindir. Çünki futbolçuları motivasiya etməyə ehtiyac yoxdur. Komandalar da bir-birini tam olaraq tanıyır. Bir-birini belə yaxından tanımağın həm də çətin tərəfləri var. Burada baş məşqçilərin hansı addımları atacağı önəmlidir”.

Şahin Diniyev
Ş.Diniyev onu da bildirib ki, “Qarabağ”ın Çempionlar Liqasında oynamaq şansı minimuma endiyindən bugünkü görüş onlara Avropa Liqasına düşmək üçün çox vacibdir: “Kubok oyununda motivasiya tam başqa olur. Düzdür, çempionatda “Sabah”ın üstünlüyü var, amma “Qarabağ” rəqibindən geri qalmır. Bəli, son vaxtlar bir qədər çətinlikləri oldu, amma bu görüş “Qarabağ”a Avropa Liqasına düşmək üçün çox vacibdir. Hər halda Çempionlar Liqasında şansları minimuma endiyinə görə Avropa Liqasına can atırlar. Təbii ki, Konfrans Liqasında yox, Avropa Liqasında oynamaq istəyirlər. Çünki klubun imici var. “Qarabağ” üçün çox prisipial bir matçdır. “Sabah” da istəyir ki, hər iki kuboku qazansın. Buna görə də çox maraqlı oyun olacaq”.
Ramiq Ağaməmmədov
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu
Fernandeş Ronaldoya çatdı