AZAL-ın sabiq legioneri Gennadi Bliznyuk Belarus mətbuatına müsahibəsində keçmiş komandasının “Minsk”lə Avropa Liqasındakı şanslarından danışıb.
- Mən artıq başa düşürəm siz məndən nə soruşmaq istəyirsiz. Püşkatmanı izləməmişəm. Amma mənə Azərbaycandan zəng etmişdilər. Odur ki, məlumatım var.
- Sirr deyilsə, kim zəng etmişdi?..
- Orda mənim tanışlarım qalıb. Hərdən əlaqə saxlayırıq, münasibətlərimizi qoruyuram.
- Həmin şəxslər “Olimpik”də (AZAL-ı nəzərdə tutur – red.) çalışır, yoxsa oynayır?
- Bunlar məşqçilər korpusunun nümayəndələridilər.
- Bəs, siz onlara “Minsk” barədə nə dediniz?
- Xüsusi heç nə. Ümumi şeyləri.
- Bu dəfə də “Olimpik” haqda danışın. Amma belaruslu azarkeşlər üçün...
- Onu deyə bilərəm ki, komandalar bir-birinə layiqli rəqibdilər. “Olimpik” çox qol buraxmağı sevməyən komandadı. Onlarda hazırda mövsümlərarası fasilə olduğundan ola bilsin ki, oyun təcrübəsi baxımından problemləri olacaq. Mümkündü ki, yoxlama matçları keçirsinlər. Amma bu, oyun təcrübəsini artırmaq baxımından o qədər də effektli olmur. Bizdə isə çempionatın qızğın vaxtıdı. Odu ki, bu baxımdan üstünlüyümüzün olduğunu düşünürəm. Fikrimcə, bu oyunlarda daha çox şey istəkdən, matça köklənmədən və sona kimi mübarizəni davam etdirməkdən asılı olacaq.
- Klubun infrastrukturu necədi?
- Yenicə öz stadionları istifadəyə verilib. Hazırda ev oyunlarını öz stadionunda keçirsə də, buna qədər “İnter”in stadionundan yararlanırdı. Bildiyim qədərilə, UEFA-nın təftiş komissiyası onların öz arenasını da yoxlayıb və ev oyunlarını orda keçirməyə icazə verib. Stadionları süni örtüklüdü.
- “Minsk”in süni örtükdə oynamaması azərbaycanlılar üçün müsbət cəhət sayıla bilər?
- Örtük kifayət qədər yaxşı keyfiyyətə malikdi. Məncə, komandamız üçün orda oynamaq problem olmamalıdı. Amma istənilən halda bu, “Olimpik” üçün bir üstünlükdü. Amma burda da onlar eyni halla üzləşəcək. Odu ki, komandalar bərabər şərtlər altında oynamış olacaq.
- “Olimpik”də top qovan futbolçular barədə danışardız...
- Əsas heyətin demək olar ki, yarısı legioner, qalanı isə yerli futbolçudu. Mövsüm bitdikdən sonra 5-6 futbolçuyla yollarını ayırıblar. Onların yerinə kimlərin gəldiyini bilmirəm və konkret danışa bilmərəm. Amma qalanlar da hər halda komandanın özəyidi. Müdafiə xəttində iki milli üzvü oynayır. Pis olmayan orta xətti var. Heyətində daha çox təhlükəli olan hansısa futbolçunu qeyd edə bilmərəm. Aparıcı lideri yoxdu. Komandanın gücü elə komanda oyunu sərgiləməsindədi. Komandanın aşkar zəif nöqtəsi də yoxdu. Asanlıqla səhvə yol vermirlər. Buraxılan qollar da daha çox rəqibin həddən artıq yaxşı oyunu sayəsində mümkün olurdu.
- “Olimpik”i hansısa klubumuzla eyniləşdirmək mümkündü?
- Düzü, bu il Belarus komandalarının oyunlarını çox az görmüşəm. İstənilən halda “Olimpik” topu özündə daha çox saxlamağa, əks-hücumlara üstünlük verən komandadı. Hər hücumunu qapıya zərbə ilə bitirmək istəyir. Komanda çempionatımızın ilk beşliyində yer ala bilər.
- Komandanın oyunlarına çox azarkeş gəlir?
- Xeyr. İcarə əsasında oynadığımız arenaya 150-200 nəfər gələrdi. Yeni stadiondakı oyunlara isə 1000-1500 azarkeş toplaşırdı. Amma ora cəmi 5 min azarkeş tutumuna malikdi.
- Kimə azarkeşlik edəcəksiz?
- Gözəl futbola azarkeşlik edəcəm. Amma əlbəttə ki, istərdim, Belarus komandası növbəti mərhələyə adlasın. Çünki bu, reytinq xalımızın artmasına gətirib çıxaracaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var