"Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Məncə, futboldan danışmağın yeri yoxdur. Çünki biz başa düşürük ki, futbol oynamırıq, hakimlərə qarşı oynayırıq. Artıq neçənci dəfədir ki, eyni hal yaşanır. Hər oyunun sonunda top cərimə meydançamıza göndəriləndə gözləyirik ki, hakim nəsə edəcək ki, biz qələbə qazanmayaq. Yenə də çalışırıq, xarakter nümayiş etdiririk, lakin bu gedişlə bizə çətin olacaq. Bütün hallarda çalışırıq azarkeşlərimizin dəstəyi ilə avrokuboklara yollanaq. İndi yenə çıxıb deyəcəklər qapıçı epizodu görürdü. Ofsayt başqa necə olur, bilmirik. Dirsəklə zərbə necə olur, onu da bilmirik. Gah deyirlər dirsək penaltidir, gah deyirlər penalti deyil... Davam edirik, başa düşdük ki, nə qədər yaxşı oynasaq da, bizə çətinlik yaradacaqlar.
- Belə çıxır ki, hər oyunda “Neftçi” minimum 2-3 qol vurmalıdır?
- Bəli, görünən odur. Lakin “Zirə” elə komanda deyil ki, onlara rahatlıqla 2-3 qol vurasan. Ümumiyyətlə, VAR nə üçün lazımdır, başa düşmürəm. VAR-ı yığışdırmaq lazımdır. Bugünkü matçda VAR-da oturan kimdir, bilmirəm. VAR nəyə, kimə lazımdır?
- Dedilər ki, guya Ruan Renato çox kənarda idi və qapıçının baxış bucağını kəsmirdi...
- Ofsayt olduğunu görmürsə, kordur. Gözlərində problem var.
- Özünüz də qeyd etdiniz ki, artıq neçənci dəfədir bu hal təkrarlanır, lakin dəyişən heç nə yoxdur, çempionat isə bitir artıq. Sizcə, bu, nə vaxta kimi davam edəcək?
- Biz qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Görünən isə odur ki, bir qolla qələbə qazana bilmərik. Gərək 3-4 qol vuraq. Özünüz hər şeyi görürsünüz də... VAR-da oturan hakim oyunu həll elədi.
- Qoldan sonra yaşanan qalmaqal nə ilə bağlı oldu?
- Junior Martins hörmətsizlik elədi. Qol vurduqdan sonra düz gəlib qarşımızda sevinməyə başladı. Hər şey də ondan sonra oldu.
- Matçdan sonra Rəşad Sadıqov futbolçularının hərəkətinə görə “Neftçi”dən üzr istədi.
- Çox sağ olsun. Bizim üçün də baş verənlər elə meydanda da qaldı.
- Breno Almeyda, Yuri Verniduba qırmızı vərəqə verildi. Bu itkilər "Qarabağ”la oyunda “Neftçi”yə nə dərəcədə təsir göstərəcək?
- Hakim bizə vərəqələri paylayırdı. Rəqibdən qırmızı alan oldu?
- “Zirə”dən köməkçi məşqçi Ağabala Ramazanova da qırmızı vərəqə göstərildi.
- Oyunçulara amma vermirlər. Ancaq bizim futbolçulara qırmızı vərəqə göstərilməlidir. Onlar bizim qabağımızda sevinsinlər, qırmızı vərəqələr isə bizə verilsin.
- Düşünürsünüz ki, bu, bilərəkdəndir?
- Bilmirəm bilərəkdəndir, ya yox, lakin görünən odur ki, bizə qırmızı vərəqələr göstərilir, oyunun vaxtı dəyişdirilir, indi isə məcburuq dörd gündən bir vacib oyuna çıxaq. Belə görürəm ki, “Neftçi”ni düşünən yoxdur. Özümüz ancaq özümüzü düşünməliyik.
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər
Argentinanın DÇ-2026 üçün ilkin heyəti: Messi, Prestianni...
Son tur ərəfəsində üç klubun eyni xalı var
PSJ tarixi uğurunu təkrarlaya bilər
2-ci liqa: liderlərdən böyükhesablı qələbə
Çempionlar Liqasında final matçının hakimləri açıqlandı
Ləğv edilən qola görə şikayət edəcəklər
"Barselona" Fliklə razılıq əldə etdi
"Atletiko"nun müdafiəçisi mövsümü erkən başa vurdu
“Barselona” bu gün çempionluq paradı keçirəcək
PSJ üçün şad xəbər
Azərbaycanda bunu bacaran 2-ci ispaniyalı oldu
Misli Premyer Liqasında həftənin oyunlarının vaxtı açıqlandı
Azərbaycan millisi Gürcüstana uduzdu
Kubokda finala doğru: 10 mövsümün rekordu
40 il sonra gələn çempionluq
Rəhim Sadixov 200-ə çatdı
Mövsümdə 2-ci dəfə
Nəriman MLS-də növbəti oyuna çıxdı
“Neftçi”də hər şey məni qane edir” - Sessi D`Almeyda
“Turan”ın 32 il əvvəlki o tarixi oyunundan - Şəkillər
Çempionluq “El-Klassiko”sundan - Video
"Arsenal" çempionluğun bir addımlığında - Video
"Barselona" "Real"a qalib gəlib, çempion oldu