“Təəssüf ki, iki vacib xal itirdik. Halbuki qələbə qazanmağı çox istəyirdik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 27-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyun barədə danışarkən deyib.
O, qolsuz heç-heçəni belə şərh edib: “Çox çətin idi, “Şamaxı” sıx müdafiə olunurdu. Oyunun sonlarına yaxın bütün komanda ilə oturmuşdular arxaya. Bu da bizə çətinlik yaradırdı. Şansımızı gözləyirdik. Az da olsa, epizodlarımız oldu. Təəssüf ki, onları da dəyərləndirə bilmədik. İstəməzdik ki, xal itirək”.
E.Cəfərquliyev qazanılan xala görə “Şamaxı”nı təbrik edib: “Qələbə istəyinin bizə mane olduğunu düşünmürəm. Rəqibin oyun tərzini bilirdik. Görüşdən əvvəl də heyətlərinə baxanda hansı sistemdə oynayaclarını, bizə qarşı necə mübarizə aparacaqlarını bilirdik. Əsas müdafiəyə fikir verirdilər. Məqsədləri uduzmamaq idi. Buna da nail oldular. “Şamaxı”nı təbrik edirəm. Layiqli mübarizə apardılar”.
Cəfərquliyev həm çempionatda, həm də kubokda sona qədər mübarizə aparacaqlarını vurğulayıb: “Bəli, qarşıda bizi çox çətin oyunlar gözləyir. Lakin yığışmaq lazımdır. Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq. Komanda olaraq bu vəziyyətdən çıxacağıq. Xeyirlisi nədirsə, o da olacaq. Biz həm kubokda, həm də çempionatda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"