"Bizim üçün çox vacib bir qələbə idi. Futbolçularda oyunun ilk dəqiqələrindən müəyyən həyəcan hiss olunurdu. Allah şükürlər olsun ki, çətinliklərə rəğmən qalib gəlməyi bacardıq".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Sumqayıt"la (2:1) baş tutan matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
- Oyunun ikinci hissəsində həyəcan daha çox hiss edilirdi. İki qoldan sonra arxayınçılıq yarandı?
Hesab 2:0 olduqdan sonra üstünlüyümüzü qorumağa çalışdıq. Bu müddətdə qapımızda bir qol görsək də, sevinirəm ki, hesab bərabərləşmədi və meydanı üç xalla tərk etdik.
- Meydançanın vəziyyəti necə idi?
- Çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir.
- Əliyar Ağayev bu oyuna təyinat alsaydı, etiraz edərdiniz?
- Nə etmək olar? Oynamaq lazımdır. Amma hakimlərdən heç kimi tanımıram.
- "Turan Tovuz" bu qələbə ilə "Qarabağ"a bir az da yaxınlaşdı. Artıq xal fərqi 4-ə enib. Bu onu göstərir ki, "Turan Tovuz" ikincilik uğrunda mübarizə aparır?
- Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur.
- "Turan Tovuz" avrokuboklara neçə faiz hazırdır?
- İndidən fikir bildirmək çətindir. Heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq.
- "Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, ev oyunlarını Tovuzda oynamaq istəyərsiniz?
- Əlbəttə. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır. İstəyərdik.
- "Turan Tovuz"la müqaviləniz mövsümün sonunda bitir. Müqavilə müddətini artıracaqsınız?
- Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir.(sportal.az)
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub