"Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 27-ci turunda evdə "İmişli" ilə baş tutan matçdan (0:1) sonra bildirib. Təcrübəli mütəxəssis oyunun gedişatını və buraxılan həlledici səhvi belə dəyərləndirib:
"Həqiqətən də çox məyusedici bir məğlubiyyətlə üzləşdik. "İmişli" meydanda böyük qüvvə ilə müdafiə olunmağı bacaran bir kollektivdir. Onlar rəqibin kiçik bir səhvini belə dərhal dəyərləndirirlər, heyətlərində fərdi keyfiyyətləri yüksək olan yaxşı oyunçular var. Biz isə standart vəziyyətdən sonra ciddi səhvə yol verdik. Matç boyunca topa nəzarət bizim tərəfimizdə olsa da, hücumlarımızın son nöqtəsini qoya bilmədik".
Baş məşqçi azarkeşlərin narahatlığını qeyd edərək elitada qalmaq üçün var gücləri ilə vuruşacaqlarını vurğulayıb:
"Azarkeşlərimizin keçirdiyi hissləri çox yaxşı başa düşürəm, onlar hazırkı duruma görə çox narahatdırlar. Çempionatın sonuna cəmi 6 oyunumuz qalıb. İndi hamımız yalnız bir məqsəd ətrafında birləşməliyik: "Qəbələ"nin Premyer Liqada qalması üçün əlimizdən gələn hər şeyi etməliyik".
Mütəxəssis komandanın kompleks şəkildə üzləşdiyi problemlərə də toxunub:
"Səhvlərimizin harada olduğunu özümüz də yaxşı bilirik. "Qəbələ"nin problemləri indi yox, hələ Premyer Liqanı tərk etdiyi dövrdən başlamışdı. Buna baxmayaraq biz geri qayıtmağı bacardıq və 1-ci liqanı 17 xallıq fərqlə çempion kimi başa vurduq. O vaxt qarşımızda iki yol var idi. Ya bizi çempion edən heyəti tamamilə dağıdıb yerinə legionerlər gətirməli idik, ya da bu uğurda əməyi olan futbolçulara şans verməli idik. Biz ikinci yolu seçdik, çünki həmin oyunçuların əməyinə hörmətlə yanaşmaq və onlara güvənmək ən düzgün qərar idi.
Bu gün kimsə çıxıb "İmişli"nin bizdən daha yaxşı futbol oynadığını desə, bu fikirlə qətiyyən razılaşmaram. Rəqib oyun boyu cəmi 2-3 dəfə cərimə meydançamıza daxil ola bildi. Biz 1-ci liqadakı heyətimizin 95 faizini qorumuşuq və həmin vaxt hamı bu qərarın tərəfdarı idi. Təəssüf ki, bəzən bəxt amili də bizdən üz döndərir. Bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ"nin indi əsas məqsədi elitada qalmaqdır. Mən uzun illərdir məşqçilik edirəm. Əgər müəyyən məsuliyyəti üzərimizə götürmüşüksə, başladığımız işi sona qədər çatdırmalı və mübarizəni davam etdirməliyik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub