"Bu qarşılaşmaya çox ciddi hazırlaşmışdıq və meydana sanki final oyununa çıxırmış kimi daxil olmuşduq. Qalib gəlməyi çox istəyirdik. Matçın birinci hissəsində "Neftçi" daha üstün görünsə də, ikinci hissədə biz daha yaxşı futbol nümayiş etdirdik. Etdiyimiz əvəzetmələr oyunumuzu xeyli düzəltdi, nəticədə qol vurmağı da bacardıq. Xüsusilə ikinci hissədəki çıxışımızdan razı qaldım. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”nın məşqçisi Vadar Nuriyev Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Neftçi" ilə baş tutan matçdan (1:2) sonra bildirib.
V. Nuriyev heyətdəki itkilərin və cinahlardakı boşluqların rəqibə üstünlük verdiyini etiraf edib:
"İlk hissədə rəqibə çox sayda qol epizodu verməyimizin səbəbi cinah oyunçularımızın yoxluğu idi. Paro və Ömər Buludov əslində cinah oyunçuları deyillər. Belə bir çətinliklə üzləşəcəyimizi ehtimal etmirdik, amma reallıq fərqli oldu. Zədəli Bruno Franko da heyətdə olsaydı, tamam başqa futbol oynayacaqdıq və cinahlarda belə ciddi səhvlərə yol verməyəcəkdik".
Məşqçi avrokuboklara vəsiqə qazanmaq şanslarının hələ də davam etdiyini vurğulayıb:
"Deməzdim ki, avrokubok qatarı artıq gedib. Qarşıda hələ keçiriləcək 6 oyunumuz var. Rəqiblərimizin də çətin qarşılaşmaları olacaq. Turnir cədvəlindən və avrokubok iddiamızdan tam qopduğumuzu söyləmək hələ tezdir. Ola bilər ki, rəqiblərimiz də növbəti turlarda xal itkiləri ilə üzləşsinlər".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub