"Sabah" Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Zirə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis komandasının oyun üslubuna sadiqliyini və rəqibin taktiki planını dəyərləndirib:
"Bu gün həqiqətən də yaxşı oyun alındı və azarkeşlər qollu matça şahid oldular. İlk dəqiqədən son saniyəyə qədər qalib gəlmək üçün vuruşduq. 90 dəqiqə ərzində öz oyun prinsiplərimizə sadiq qaldıq. Topa daha çox nəzarət edən, pressinq edən və hücuma atılan tərəf biz idik. "Zirə"ni təbrik edirəm, yəqin ki, bura bir xal üçün gəlmişdilər və buna nail oldular. Rəqibin yaxşı oyun planı var idi".
V. Dambrauskas komandasının göstərdiyi əzmkarlığa və buraxılan qollardakı səhvlərə toxunub:
"Ardıcıl üçüncü matçdır ki, birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq özümüzdə cəsarət tapıb vəziyyəti bərabərləşdiririk. Bu gün hər iki hissədə çoxlu qol fürsətlərimiz oldu, bəlkə ikinci hissədə əlavə 3-4 dəqiqəmiz də olsaydı, fərqlənə bilərdik. Lakin bu gün bizim günümüz deyildi. Müdafiədəki səhvlərimizi dərindən təhlil etməliyik. Artıq bu oyunu unudub yolumuza davam etməliyik. Sabahdan etibarən "Qarabağ"la keçirəcəyimiz iki qarşılaşmaya hazırlaşmalıyıq".
Rəqiblərin xal itirməsinin onlara təsir edib-etməməsi ilə bağlı sualı baş məşqçi belə cavalandırıb:
"Digər komandaların xal itirməsi barədə heç düşünmürəm, çünki bu gün meydanda dominant tərəf biz idik. Sadəcə olaraq öz səhvlərimizə görə qollar buraxdıq. Bu səhvləri dərindən təhlil etməliyik. Rəqib birinci hissədə iki dəfə qapımıza gəldi və iki qol vurdu. Mövsüm ərzində az qol buraxırdıq. Nəyə görə qollar buraxdığımızı təhlil edəcəyik. Biz yalnız öz oyunumuza köklənirik və heç bir klubun köməyinə ehtiyacımız yoxdur. Rəqiblərin nəticələrinə baxmırıq".
Təcrübəli mütəxəssis Şamaxıdakı nəticənin onlara təsir etmədiyini və komandasının sona qədər qələbə üçün vuruşduğunu bildirib:
"Nəyə görə rahatlaşdığımızı fikirləşirsiniz? Bu gün meydanda dominantlıq edən tərəf biz idik. Hətta mən sizin oyuna baxdığınıza belə şübhə edirəm. Son dəqiqələrdə mərkəz müdafiəçilərimiz də hücuma qoşuldu. Futbolda hər zaman üç nəticə ehtimalı var və bu gün bərabərlik qeydə alındı. Amma pis çıxış etmədik. Daha yaxşı ola bilərik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub