"Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular, rəqibin son dəqiqələrdəki ciddi təzyiqinə dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyimiz odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növbəti turda səfərdə "Karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq"
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"ın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Qarabağ"la baş tutan matçdan (0:0) sonra bildirib. Təcrübəli mütəxəssis komandasının fədakarlığını yüksək qiymətləndirib, heyətdəki dəyişikliklər və gələcək taleyi ilə bağlı sualları cavablandırıb:
- Kərim Rossi və Dioqo Balaunun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?
- Hər futbolçu bizim üçün önəmlidir. Onların yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün şansdır.
- Komandanız ötən tur "Zirə"yə, bu gün isə "Qarabağ"a qarşı əzmkar oyun nümayiş etdirdi. Bu mübarizə əzmi rəqiblərin adlarına görədir?
- Xeyr. Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox inkişaf ediblər. Onlara görə sevinirəm.
- Qazanılan nəticələrdə sizin taktiki biliyiniz əsas rol oynayır, yoxsa hansısa xüsusi sözləriniz var?
- Bu gün tam başqa taktika ilə oynadıq. Bunu "Qarabağ"a görə etdik, məcbur idik. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir.
- Əsas qapıçınız cəza səbəbindən növbəti turda oynamayacaq. Bu sizi qayğılandırır?
- Bilirik ki, Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandır. Bu, müzakirə olunmur. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Onun üçün bir şans olacaq. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəyik. Futbolçuları da fikirləşmək lazımdır. Əsas heyətdə debüt etməyi gözləyənlər var.
- Belə xəbərlər var ki, mövsümün sonunda "Şamaxı"dan ayrılacaqsınız və sizin yerinizə Şərqi Avropadan yeni məşqçi gətiriləcək. Hətta deyilənə görə, danışıqlar gedir. Bununla bağlı nə deyə bilərsiniz?
- Kiminlə danışdıqlarını deyə bilmərəm. Gerçək deyil. "Şamaxı" mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. "Şamaxı" həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm.(sportal.az)
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi
Tarixi rekord: cekpot ilk dəfə 2 milyon manatı keçdi
Rəşad Sadıqovun yubiley oyunu
"Sabahın Ulduzları": 2 oyun, 12 qol
“Qarabağ” Dani Boltun getdiyini rəsmən açıqladı
Gəncədə 10 ilin azarkeş rekordu