FIFA 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatının final oyunu üçün bilet qiymətlərini artırıb.
QOL.az bu haqda ESPN-ə istinadən xəbər verir. Qərar turnirdə iştirak edəcək bütün 48 komandanın müəyyənləşməsindən sonra açıqlanıb. Final qarşılaşması MetLife Stadium stadionunda baş tutacaq.
Yeni qiymətlərə əsasən, final oyunu üçün ən bahalı biletlər artıq 10 min 990 dollar təşkil edir. Əvvəllər bu məbləğ 8680 dollar idi ki, bu da 26,6 faiz artım deməkdir.
İkinci kateqoriyaya aid biletlərin qiyməti 5575 dollardan 7380 dollara yüksəlib (artım 32,4 faiz). Üçüncü kateqoriyalı biletlər isə 4185 dollardan 5785 dollara qədər bahalaşıb ki, bu da 38,2 faiz artım deməkdir.
Qeyd edək ki, FİFA bu turnir üçün dinamik qiymət siyasətindən istifadə edir. 2026-cı il dünya çempionatı ABŞ-ın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində keçiriləcək. Bundan başqa, ötən gün dünya çempionatının biletlərinin onlayn satışı zamanı texniki problemlər də qeydə alınıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video