İngiltərə millisinin və "Tottenhem"in keçmiş hücumçusu Cermeyn Defo baş məşqçi təyin olunub.
QOL.az xəbər verir ki, o, "Uokinq"i çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Defo İngiltərənin 5-ci divizionunda mübarizə aparan komanda haqda fikirlərini də bölüşüb: "Uokinq" uzun tarixə və böyük potensiala malik bir klubdur. Bu layihənin bir hissəsi olduğum üçün sevincli və həyəcanlıyam. İşə başlamağı səbirsizliklə gözləyirəm".
Futbolçu karyerası ərzində Cermeyn Defo "Vest Hem Yunayted", "Tottenhem", "Portsmut", "Sanderlend", "Reyncers" və digər klublarda oynayıb. Bu, onun baş məşqçi kimi ilk tam ştatlı karyerasıdır.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"