Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Syerra Leone yığması ilə üz-üzə gələcək.
QOL.az xəbər verir ki, yığmamızın üzvü Qismət Alıyev matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. O, qarşıdakı matçın əhəmiyyətini və komandanın hədəflərini bu cür dəyərləndirib:
"Sabah millimiz üçün növbəti önəmli sınaq olacaq. Belə yoldaşlıq görüşlərinin keçirilməsi UEFA Millətlər Liqası üçün çox vacibdir. Bildiyiniz kimi, komandada qələbəsizlik seriyası var idi, lakin son oyunda inamlı çıxış edərək bu tilsimi qırmağı bacardıq. Sabahkı matçda da meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı növbəti qələbə ilə sevindirək".
Milli komandanın sağ cinah müdafiəsindəki rəqabət və şəxsi forması barədə danışan Qismət Alıyev seçim prosesinə peşəkar yanaşdığını vurğulayıb:
"Mən hər zaman çalışıram ki, "Zirə"də ən yaxşı oyunumu nümayiş etdirim və bunun sayəsində milli komandaya dəvət alım. Yığmanın məşqçilər heyətinin qərarlarına və seçimlərinə hər zaman hörmətlə yanaşıram. Hesab edirəm ki, bu gün kimlər millinin heyətindədirsə, deməli, buna layiqdirlər".
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə