“Yağış baxımlı oyun göstərməyimizə mane olurdu” - Rza Cəfərov

“Yağış baxımlı oyun göstərməyimizə mane olurdu” - Rza Cəfərov
ÖLKƏ FUTBOLU 29 Mart 2026 / 00:13 423
-  A +

“Oyun biz tərəfdən yaxşı keçdi. Düzdür, yağış baxımlı oyun göstərməyimizə mane olurdu. Bununla belə, qələbə qazandıq. Hər kəsi təbrik edirəm”. 

QOL.az saytına açıqlamasında bu sözləri Azərbaycan millli komandasının qapıçısı Rza Cəfərov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.

O, Syerre Leone ilə matçda da qalib gəlmək istədiklərini bildirib: “Bizim üçün hər görüş vacibdir. Syerre Leone ilə matçda da qalib gəlmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, yenə də qələbə qazanaq və xalqımızı sevindirək”.

R.Cəfərov milliyə dəvət alan qapıçılarla bağlı narazılığa belə münasibət bildirib: “Mən bu barədə nəsə deyə bilmərəm. Dəvəti məşqçilər korpusu göndərir. Daha yaxşını onlar bilir, onlar görür. Mənim nəsə fikir bildirməyim düzgün deyil”. 

Daha çox


Son xəbərlər
27.03.26  19:35

Ferland Mendi qayıtdı

topaz banner