“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək arzusunu açıqlayıb.
QOL.az xəbər verir ki, 25 yaşlı qolkiper ölkəsinin sport.pl portalına müsahibəsində bildirib ki, İngiltərə Premyer Liqasında oynamaq onun əsas hədəflərindən biridir:
“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.
O etiraf edib ki, ABŞ-dan MLS liqasından aldığı təklifi qəbul etməyib. “ABŞ-dan sorğular var idi, amma MLS-ə transfer təklifini rədd etdim”.
Koxalski deyib ki, arzuzu İngiltərə Premyer Liqasıdır, amma ehtiyat qapıçı olacağı komandaya getməyəcək: “Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".
Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa