Son günlərdə Azərbaycan Premyer Liqasında hakimlərlə bağlı qalmaqallar böyüməyə başlayıb.
Bütün klublardan idarəçiliklə bağlı narazlıqlar bildirilir. Maraqlıdır ki, AFFA Hakimlər Komitəsi referilərin verdiyi yanlış qərarları müdafiə etməklə bir az da problemlərə yol açır.
Elə ölkə çempionatının son turunda baş verənlər də diqqətdən kənar qalmadı. Əsas müzakirə mövzusu isə Premyer Liqanın 25-ci turunda keçirilən “Kəpəz” - “Qarabağ” matçında baş verən penalti epizodu idi. Belə ki, həmin oyunun 73-cü dəqiqəsində gəncəlilərin üzvü Şakir Seyidov rəqib futbolçu Kamilo Durana qarşı kobud oynadı. Epizod VAR-da müzakirə olunsa da, penalti təyin olunmadı.
VAR hakimi Rauf Cabbarov heç referi Əli Əliyevi monitora da çağırmadı. Son qərar belə oldu ki, “Kəpəz”in futbolçusu əvvəlcə top oynayır, sonra rəqibin ayağına zərbə endirir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da matçdan sonra epizoddan narazılıq etdi, həmin epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirdi. Sosial şəbəkələrdə də müzakirələr bu yöndə idi. Hər kəs epizodun penalti olduğuna birmənalı şəkildə dəstək verirdi.
Maraqlıdır ki, iki gün öncə Hakimlər Komitəsinin sədri Rəhim Həsənov isə VAR hakimi Rauf Cabbarov, referi Əli Əliyevin qərarının düzgün olduğunu açıqladı. Hətta komitə istisna olaraq həmin epizodla bağlı VAR və baş hakimin müzakirələri ilə bağlı səs yazılarını da yaydı.
Rəhim Həsənov
Əvvəlcə, onu qeyd edək ki, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov birmənalı şəkildə yanlış da olsa, doğru da olsa, hakimlərin verdiyi qərarları təsdiq edir. Bu isə gülünc vəziyyət ortaya qoyur. Dünyanın ən güclü liqalarında hakimlərin yanlış qərarlar verməsi ilə bağlı dəfələrlə müzakirələr getsə də, bunu etiraf etsələr də, AFFA Hakimlər Komitəsinin sədri öz hakimlərinin hər epizodda düzgün qərar verdiyini deyir. Elə Qurban Qurbanov da, Rəşad Sadıqov da, Ayxan Abbasov da, eləcə digər məşqçilər bu durumdan narazılıqlarını dilə gətirir. Lakin ortada dəyişən bir şey yoxdur. “Kəpəz” – “Qarabağ” oyunundakı penalti epizoduna gəlincə, orada “penalti yoxdur” demək üçün əsaslı səbəblər olmalıdır.

Həmin epizodda gəncəlilərin oyunçusu Şakir Seyidov topa toxunsa da, onu görmək üçün epizodu mikroskopla analiz etmək lazımdır. Digər məqam isə bundan ibarətdir ki, Ş.Seyidov topa toxunsa belə, topun kontrolu yenə də Kamilo Duranda idi. “Kəpəz”in yarımmüdafiəçisi isə rəqibinin topa kontrolunu dayandırmaq üçün kobudluqdan istifadə edir. Özü də qeyri-ixtiyari şəkildə yalnız çox cüzi toxunuşla diqqət çəkir. Bu isə hakimlərin penaltini verməməsi üçün kifayət deyil.
Digər tərəfdən türkiyəli məşhur hakim Ahmet Çakar da Sports.az saytına açıqlamasında bu epizodu penalti kimi şərh edib. O bildirib ki, Ş.Seyidovun həmin topa toxunuşu penalti təyin etməməyə əsas sayılmamalıdır. Çünki Kamilo Duran topa nəzarəti həmin toxunuşla itirmir.

“Qarabağ” “Kəpəz”lə səfər oyununda uduzaraq çempionluq yolunda ağır zərbə aldı. Gəncə klubunun qələbəsinə kölgə salmaq doğru deyil. Amma istənilən halda “Qarabağ”ın qazandığı haqlı penaltinin verilməməsi də nəticəyə təsir edir. “Sabah”la “Qarabağ” arasında gedən gərgin çempionluq mübarizəsində bu cür qərarların verilməsi layiqli rəqabətə kölgə salır. İstənilən halda, başqa yöndə müzakirələrə gətirib çıxarır. İstər AFFA, istər PFL rəhbərliyi hakimlərlə bağlı məsələlərə diqqətli yanaşmalıdırlar. Bir neçə ildir ki, Azərbaycan çempionatında gözlənilən mübarizənin ədalətli şəkildə olmasına şərait yaradılmalıdır.
Elsevər Məmmədov, Qafqazinfo.az
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa