Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Sabah" evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas komandasının nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:
"İlk növbədə futbolçularımı, məşqçilər heyətini, azarkeşləri və rəhbərliyi bu qələbə münasibətilə təbrik edirəm. Asan oyun olmayacağını bilirdik. Adətən fasilə ərəfəsində oyunçuların fikri istirahətdə olur, lakin bu gün komandamın davranışından və oyuna köklənməsindən çox məmnun qaldım. İlk hissədə 1:0 öndə olsaq da, çoxsaylı fürsətlərdən yararlana bilmədik. İkinci hissəyə isə sürətli başladıq və fərqi artırdıq. Hesab 3:0 olanda bir az nəzarəti itirdik və sonda lazımsız qol buraxdıq, amma ümumilikdə bugünkü çıxışımızdan razıyam. Futbolçular 4 günlük fasilədə ailələri ilə istirahəti düşünməlidir. Qayıdandan sonra gümrah olmalı və çempionatın önəmli, son hissəsinə hazırlaşmalıyıq".
Litvalı mütəxəssis qarşıdakı 13-14 günlük fasilə dövründə futbolçulara verəcəyi tapşırıqlardan və fiziki formanın qorunmasından söz açıb:
"Bu müddət üçün xüsusi bir təlimatım olmayacaq. Futbolçulardan sadəcə 3-4 günlük futbolu tamamilə unutmaqlarını istəyirəm. İnanıram ki, hazırda yaxşı formadayıq və komanda geri dönəndə də gümrah olacaq. Özümə gəlincə, mən də bir az dincəlməyə çalışacağam. Açığı, fasilənin olmasını çox da istəməzdim, çünki bu, komandanın ritmdən uzaqlaşmasına səbəb ola bilər. Qayıtdıqdan sonra "Qarabağ"la oyuna ən yaxşı şəkildə hazırlaşacağıq".
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama
Flikdən məğlubiyyət şərhi
Qreqor Kobel "Sabah"la oyuna görə təəssüfləndi
PSJ-də Kvaratsxeliya şoku - 9 ay oynamaya bilər
Nəhənglərin duelindəki 6 qol - Video
"Fənərbaxça" 2 xalı belə itirdi - Video
“Borussiya” başqa səviyyədir, “Slaviya” deyil” - Pokatilov
"Sabah"ın əzmkar oyunu, "Borussiya"nın qələbəsi - Video
Enrike "Barselona" üzərində qələbə haqda
İsmail Kartal: “Məyusuq”
“Sabah”ın qapıçısı Çempionlar Liqasında 2-ci yerə yüksəlib
Türkiyədə hakimlərə tanınmış referi nəzarət edəcək
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə