UEFA “Bavariya”nın yarımmüdafiəçiləri Maykl Olise və Yoşua Kimmix barədə intizam işi aça bilər.
QOL.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Bildirilir ki, məsələ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya" ilə Atalanta arasında keçirilən ilk oyundan sonra gündəmə gəlib. Münhen təmsilçisi həmin görüşdə 6:1 hesabı ilə qələbə qazanıb.
Matçın sonlarına yaxın hər iki futbolçu sarı vərəqə alıb. Olise 77-ci dəqiqədə hesab 6:0 olarkən künc zərbəsini uzun müddət yerinə yetirmədiyinə görə hakim tərəfindən cəzalandırılıb. Bundan qısa müddət sonra Kimmix də sarı vərəqə ilə üzləşib. “Bavariya”nın kapitanı 83-cü dəqiqədə cərimə zərbəsini gecikdirdiyinə görə cəzalanıb.
Hər iki oyunçunun turnirdə artıq sarı vərəqəsi olduğu üçün bu xəbərdarlıqlar onların gələn həftə Münhendə keçiriləcək cavab oyununu buraxmasına səbəb olacaq. Bununla belə, Almaniya klubu 1/4 finala yüksələrsə, futbolçular növbəti mərhələdə yenidən meydana çıxa biləcəklər.
Mənbənin məlumatına görə, UEFA intizam qaydalarına əsasən, futbolçuların növbəti mərhələlərdən əvvəl vərəqələri “sıfırlamaq” məqsədilə qəsdən sarı vərəqə almaları müəyyən edilərsə, daha ağır cəza tətbiq oluna bilər. Bu halda Olise və Kimmixin əlavə diskvalifikasiya ilə üzləşmək ehtimalı var.
Qeyd edək ki, əvvəllər də avrokuboklarda oxşar hallar yaşanıb. Məsələn, Serxio Ramos və Dani Karvaxal qəsdən sarı vərəqə aldıqları üçün cəzalandırılmışdılar.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət