Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Sabah" və "Qəbələ" komandaları qarşılaşıb. "Sabah" Qəbələ təmsilçisini 7:1 hesablı ağır məğlubiyyətə uğradıb.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas komandasının nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:
"Futbolçularımı bu qələbə münasibətilə təbrik edirəm. Onlar meydanda tapşırıqlara çox düzgün və vaxtında reaksiyalar verdilər. Rəqib haqqında da xoş sözlər demək istəyirəm, çünki "Qəbələ" hər zaman təhlükəli komandadır. Ola bilsin ki, kubok matçındakı 120 dəqiqəlik mübarizənin yorğunluğu onlara bu gün mənfi təsir etmişdi. Biz ilk hissədə çox inamlı çıxış edərək ardıcıl qollar vurduq, fasilədən sonra da bu tempə davam etdik. Oyunboyu tam üstünlük bizdə idi. Lakin bu matçı artıq unuduruq, çünki cəmi üç gün sonra bizi "İmişli" ilə növbəti sınaq gözləyir".
Mütəxəssis kubok oyunları ilə çempionat arasındakı fərqə toxunaraq qazanılan qələbənin səbəblərinə aydınlıq gətirib:
"Bu gün həqiqətən də rəqibdən hər komponentdə üstün idik. İlk dəqiqələrdən rəqibə ciddi təzyiq göstərən və hücumda kəskin oynayan tərəf biz idik. Unutmaq olmaz ki, kubok və çempionat matçları fərqli xarakter daşıyır. Kubokda iki mərhələli mübarizə getdiyi üçün əsas hədəf növbəti raunda yüksəlmək olur. "Qəbələ" kimi rəqiblə bir ay ərzində dörd dəfə qarşılaşmaq heç də asan deyil. Sevindiricidir ki, həm kubokda mərhələ adladıq, həm də çempionatda vacib xallar qazandıq".
Çalışdırıcı matçın qəhrəmanlarından olan Coy-Lens Mikelsin durumu və Andrey Santosun çıxışı barədə də danışıb:
"Mikelsi əvəzləməyimiz zədə ilə bağlı idi. O, hələ tam hazır deyil, lakin hər oyunda maksimumunu verməyə çalışır. Onun bu gün komandaya töhfəsi qiymətsizdir. İki qol vurdu və iki məhsuldar ötürmə etdi. Təxminən iki ay yarım idi ki, o, 90 dəqiqə futbol oynamırdı. Biz ona özünü bərpa etmək üçün şans veririk. Andrey Santosa gəldikdə isə, onun meydanda olduğu 10 dəqiqə ərzində oyununa qiymət vermək çətindir. Lakin məşqlərdəki istəyi bizi məmnun edir. O, fiziki cəhətdən güclü və rəqabətədavamlı oyunçudur. Sadəcə, mövqeyində Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var və öz şansını gözləməlidir".
Hücum xəttindəki rəqabətdən söz açan mütəxəssis geniş seçim imkanının olmasını müsbət hal kimi dəyərləndirib:
"Mənim üçün favorit oyunçu məhz oyun günü meydanda olandır. Xəyalın da, Mikelsin də performansından məmnunam. Xəyal milli komandaya namizəddir, sadəcə sağlamlığı ilə bağlı kiçik problemi olduğu üçün bu gün risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina da artıq komanda ilə məşqlərə qoşulub. Bir məşqçi üçün heyətdə belə geniş seçimin olması ancaq xoşdur".
Sonda Dambrauskas "Qarabağ"la matçda yaşanan hadisələrlə bağlı AFFA-nın verəcəyi mümkün qərarlara münasibət bildirib:
"Bu mövzu ilə bağlı bütün şərhlərimizi artıq vermişik. Cəza açıqlanmadan öncə nəsə demək istəmirəm. Hadisə bir həftə əvvəl baş verib və artıq hər iki komanda üçün bu mövzu bağlanıb. Əgər jurnalistlər üçün hələ də aktualdırsa, bu sizin seçiminizdir. Biz "Qarabağ"a böyük hörmət bəsləyirik və hər oyuna ən ciddi şəkildə hazırlaşırıq".
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?