“Turan Tovuz”un ev oyunlarını yenidən Tovuz şəhər stadionunda keçirəcəyi tarix bəlli olub.
Bunu QOL.az-a müsahibəsində klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
O qeyd edib ki, komanda martın 21-də “Qəbələ”ni öz meydanında qəbul edə bilməsə də, aprel ayından dogma arenada oyayacaq:
“Martın 21-dəki oyuna çata bilmirik. Lakin aprel ayında Premyer Liqadakı ilk ev oyunumuzu (“Sumqayıt”la aprelin 10-12 aralığında keçiriləcək - QOL.az) Tovuzda keçirəcəyik. Kubok matçı ilə bağlı indidən dəqiq bir söz demək çətindir. Bu məsələyə baxılacaq. Bu mövsüm bizim üçün çox çətin oldu. Komanda doğma stadiondan uzaq düşdü. Sanki hər şey əleyhimizə işlədi. Biz nə vaxtsa bunu keçməliydik. Bu da bir mərhələ idi. Gələn il bizim üçün daha rahat olacaq”.
Xatırladaq ki, bir müddətdir Tovuz şəhər stadionunun ot örtüyünün bərpası ilə bağlı işlər gedir. Buna görə də “Turan Tovuz” ev oyunlarını “Azərsun Arena”da keçirir.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət