“Birinci hissədə yaxşı oynadıq. Hətta düşünürəm ki, daha üstün tərəf biz idik. 2-3 qol imkanı yaratdıq, amma dəyərləndirə bilmədik”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi İmad Faraj Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Matçdan sonra jurnalistlərin suallarını cavablandıran fransız futbolçu məğlubiyyəti belə şərh edib: “Fasilədən sonra rəqibin cəmi bir epizodu oldu və onu qola çevirdilər. Bundan sonra geridönüş etmək çətin idi, çünki “Turan Tovuz” bütün komanda ilə müdafiəyə çəkildi. Buna görə də oyunu çevirmək alınmadı. Ümid edirəm ki, növbəti oyunda özümüzə gələcəyik və “Qəbələ” ilə matçdan 3 xalla ayrılacağıq”.
Oyuna sonadək davam edə bilməyən İ.Faraj zədəsinin ciddi olmadığını söyləyib: “Sadəcə qıcolma idi. Bu gün çox qaçdım, ona görə də oyunun son dəqiqələrində bir az qıcolma hiss etdim. Amma ciddi problem yoxdur”.
“Avrokuboklara vəsiqə qazanmaq istəyən digər rəqibləriniz xal itirəndə qalib gələ bilmirsiniz. Bunun səbəbi nədir?” sualını o, belə cavablandırıb: “Turan Tovuz”la matçın çox vacib olduğunu bilirdik. Ona görə də azarkeşlərdən stadiona çox gəlmələrini xahiş etmişdik. Qalib gəlmək istəyirdik. Dediyim kimi, birinci hissədə çox yaxşı oynadıq. Amma düşünürəm ki, ilk hissədə qol vursaydıq, oyunun gedişi tam fərqli olardı”.
26 yaşlı futbolçu “Neftçi”nin avrokubok şansının getdikcə azalması fikrinə belə münasibət bildirib: “Biz bu barədə düşünmürük. Hər oyuna ayrı-ayrılıqda yanaşmaq istəyirik. Məncə, belə düşünmək daha yaxşıdır: hər matçı qazanmağa fokuslanmaq lazımdır, uzağı düşünməyə yox. Amma dediyim kimi, bu gün xal itirdik. Halbuki rəqiblərimiz – “Sumqayıt”, “Araz” və “Zirə” də qalib gələ bilməyiblər. Buna görə bu oyun bizim üçün çox vacib idi”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi