Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz" "Zirə"nin qonağı olub. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Azarkeşlərimizə sona qədər komandanın yanında olduqları üçün təşəkkür edirəm. İstərdim ki, həm yaxşı, həm də çətin günlərimizdə hər zaman belə dəstək nümayiş etdirsinlər, çünki əsl azarkeş məhz dar gündə tanınır.
Matça gəldikdə isə kifayət qədər güclü rəqibə qarşı oynadıq. "Zirə" illərdir oturuşmuş heyətə malik komandadır. Futbolçularıma rəqibin üstün cəhətləri barədə lazımi tapşırıqları vermişdim. Olduqca maraqlı oyun alındı. İlk 10 dəqiqə bizim üçün bir qədər uğursuz keçsə də, sonradan toparlanmağı bacardıq. Əgər daha diqqətli və dəqiq oynasaydıq, son saniyələrdə qələbəni əldən verməzdik. Təəssüf ki, belə alındı. Artıq bu matçı geridə qoyub önümüzə baxmalıyıq, çünki qarşıda bizi daha çətin sınaqlar gözləyir. "Zirə"yə isə gələcək oyunlarda uğurlar arzulayıram".
Mütəxəssis son dəqiqədə buraxılan qola görə qazanılan bir xalı itki kimi qiymətləndirib:
"Matçın son saniyələrində qol buraxdığımızı nəzərə alsaq, hesab edirəm ki, biz bu gün iki xal itirdik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı